“Qarabağ”la dekabrın sonuna qədər icarə müqaviləsi imzalayan Asmir Beqoviç məxsus olduğu “Bornmut” klubuna qayıdıb.

Offsideplus.az xəbər verir ki, bu barədə 32 yaşlı qapıçı rəsmi “tvitter” hesabında “Bornmut” klubunun məşqindən fotosunu yayımlayıb.

Image

2019-cu ilin sentyabrında “Qarabağ”a keçən Beqoviç, Ağdam təmsilçisi ilə 17 oyuna çıxıb.

“Bornmut”a qayıdan Beqoviçin yaxın günlərdə klubunu dəyişəcəyi ehtimal olunur.