Futbol üzrə İngiltərə Premyer Liqasının 21-ci turunda "Arsenal" doğma meydanda "Mançester Yunayted" üzərində qələbə qazanıb - 2:0.

Offsideplus.az xəbər verir ki,  "Mançester Yunayted"in sabiq futbolçusu Rio Ferdinand "topçular"ın yeni baş məşqçisi Mikel Artetanın işini müsbət dəyərləndirib: "Arsenal"ın oyununda dəyişikliklər var. Arteta komandaya yenilik abu-hava gətirib. Final fiti çalınanda Mikel Arteta meydana doğru gələrkən Məsut Özil gülümsədi. Özilin təxminən 18 aydır belə gülümsədiyini görməmişdim. O, oynamaqdan və məşqlərə gəlməkdən zövq alır".