İngiltərə Premyer Liqasının XVI turunda "Tottenhem" - "Börnli" üzərind 5-0 hesablı qələbə qazandığı matça Hın Min Sonun qolu damğa vurmuşdu.
Offsideplus.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Hın Min Son təkbaşına öz qapılarının qarşısından reyd edərək, mükəmməl qol vurmuşdu. Futbolçu oyundan sonra qol vurduğu topu xatirə kimi saxlamaq istəyib. Buna isə Mourinyo icazə verməyib. Portuqaliyalı mütəxəssis topu həmin oyunda debüt edən Troy Parrota verib.