“Yuventus”u çalışdıran Massimiliano Alleqri “Arsenal”ın baş məşqçisi olmaq təklifini rədd edib.
Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Alleqrinin yaya qədər istirahət etmək istədiyi üçün londonlulara “yox” dediyi bildirilir.
“Arsenal” baş məşqçisi Unay Emeri ilə yollarını ayırdığını açıqlamışdı. Komandanı müvəqqəti olaraq Fredrik Lünqberq çalışdıracaq.
"Topçular" hazırda 18 xalla 8-ci pillədə qərarlaşır.