İşləri qaydasında getməyən "Arsenal" klubu ciddi itki ilə qarşılaşıb.

."Topçular"ın fransalı hücumçusu Olivye Jiru diz bağlarında problem yaşayır. Offsideplus.az xəbər verir ki, 31 yaşlı forvard 6 həftə komandasına kömək edə bilməyəcək. O, İngiltərə Liqa Kubokunun 1/4 finalında "West Ham United"ə qarşı oyunda (1:0) zədələnmişdi. Fevralda meydana dönməsi gözlənilən hücumçu bu mövsüm liqada çıxdığı 15 oyunda 4 dəfə fərqlənib.