“Çelsi” klubunun hücumçusu Olivye Jiru karyerasını İtaliyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, fransız futbolçu “İnter”ə keçəcək.
“İnter”in idman direktoru Pyero Auisilonun Londonda “Çelsi”nin direktoru Marina Qranovski ilə görüşdüyü və Jirunun keçidində razılıq əldə etdiyi bildirilir. “İnter”in yanvarda 5-7 milyon avro qarşılığında 33 yaşlı hücumçunu transfer edəcəyi gözlənilir.
Qeyd edək ki, Jirunun “Çelsi” ilə müqaviləsi mövsümün sonuna qədərdir.