Joze Mourinyo yenidən İngiltərə Premyer Liqasında çalışa bilər.
Offsideplus.az "The Times" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" Unay Emerinin yerinə portuqaliyalı mütəxəssisi gətirməyə hazırlaşır. Emerinin gedişini istəyənlər arasında klubun əsas oyunçuları da var.
Mourinyo klub rəhbərlərindən Raul Sanlehi ilə görüşdüyünü təsdiqləyib.
Xatırladaq ki, Joze Mourinyo ötən ilin dekabrında "Mançester Yunayted"dən ayrıldıqdan sonra işsizdir.