"Liverpul" hazırkı texniki sponsoru olan "New Balance" şirkətinə məhkəmədə qalib gəlib.
Məhkəmə idman avadanlığı istehsalçısının şikayətinə baxıb.
Nəticədə şirkətin şikayəti rədd edilib və klub haqlı çıxarılıb. Beləliklə, "qırmızılar" gələn ilin yayında, müqavilənin müddəti bitdikdə şirkətlə yollarını ayıra biləcək. Premyer Liqa təmsilçisinin yeni texniki sponsorunun bir neçə həftə əvvəl razılığa gəlinən "Nike" olacağı gözlənilir.
Qeyd edək ki, "New Balance" yeni müqavilə üçün "Nike" qədər məbləğ təklif etsə də, klub buna razılıq verməmişdi.