Bu qış "Arsenal"dan "Çelsi"yə transfer olunan Olivye Jiru arzuları barədə danışıb.
Offsideplus.azGoal.az-a istinadən xəbər verir ki, Jiru Premyer Liqanın qalibi olmaq arzusunu dilə gətirib:
“Elə hissim var, sanki işimi yarımçıq qoymuşam. Çünki "Arsenal"la Premyer Liqanın qalibi olmaq istəyirdim. 5 il yarımı silib atmaq olmaz. Tez-tez deyirdim ki, İngiltərə çempionu olmaq əsas məqsədimdir. Hələ heç nə bitməyib. İndi "Çelsi"nin futbolçusu kimi Premyer Liqada oynayıram. Fikrimcə, bu mövsüm çempionluq yarışını bitmiş hesab etmək olar. Amma növbəti mövsüm yenidən titulu qazanmağa çalışacağıq. Karyeramın sonuna kimi bunu etmək istəyirəm".