Qış fasiləsində “Arsenal”dan “Çelsi”yə keçən Olivye Jiru “zadəganlar”a keçidi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, fransalı hücumçu İngiltərə mətbuatına açıqlamasında “Çelsi” ilə eyni vaxtda onun xidmətində maraqlı olan Dortmund “Borussiya”sının şərtlərinin daha sərfəli olduğunu, lakin Londonda qalmağa qərar verdiyini deyib:
“Borussiya”nın təklifi maddi baxımdan daha yaxşı idi. Ora getmək ən asanı olardı. Bu zaman həm Dortmund klubu, həm də “Arsenal” razı qalacaqdı. Məni təcili transfer etmək istəyirdilər. Ancaq “Çelsi”nin təklif etdiyi müqavilə daha yaxşı idi. Üstəlik, “Çelsi”yə transferim qalıcıdı. “Borussiya”ya isə icarəyə gedəcəkdim. Ora getsəm, heç nə dəyişməyəcəkdi. Pul hər şey deyil. Üçüncü uşağım yenicə dünyaya gəlib. Onu 4 ay görməmək necə duyğudu, düşünmək belə istəmirəm”.
Xatırladaq ki, “Çelsi” ilə 1,5 illik müqavilə bağlayan Jiru, burda illik 7 milyon avro qazanacaq.