“Çelsi” klubunun sabiq yarımmüdafiəçisi Mixael Ballak London klubunun məşqçilər heyətində yer ala bilər. 

Offsideplus.az xəbər verir ki, “zadəganlar”a baş məşqçi təyin ediləcəyi gözlənilən Frenk Lempard keçmiş komanda yoldaşı ilə birgə çalışmaq istəyir.

42 yaşlı Ballakın köməkçi məşqçi kimi çalışmaq üçün tələb olunan B kateqoriyalı lisenziyası var.