"Çelsi" futbol komandasının yarımmüdafiəçisi Villian Çin çempionatında iştirakdan imtina edib.
Offsideplus.az "Mirror"a istinadən xəbər verir ki, "Şanxay Şenxua" oyunçu ilə maraqlanaraq, ona ildə 12 milyon avro təklif edib. Komanda həmçinin futbolçunu iki şəxsi sürücüsü olan avrtomobillərlə təchiz etməyə hazır olduğunu bildirib. Lakin Villian belə faydalı təklifdən imtina edib. Futbolçu Avropada oynamaq niyyətindədir.
Qeyd edək ki, yarımmüdafiəçinin "Çelsi" ilə müqaviləsi növbəti ilin yayında başa çatır. O, 2018/19 mövsümündə Lonon klubunda 56 matç keçirərək 8 qol vurub, habelə 14 məhsuldar ötürmə edib.