UEFA "Mançester Siti" ilə bağlı araşdırmalara başlayıb.
Offsideplus.az xəbər verir ki, İngiltərə klubu "Maliyyə Fair-Playı" qaydalarını pozduğu üçün Avropa futbol qurumunun hədəfinə tuş gəlib.
Bununla bağlı Almaniyanın "Der Spiegel" dərgisinin ortaya çıxardıı faktlardan sonra UEFA hərəkətə keçib və araşdırmalara başlayıb.
UEFA-dan bildirilib ki, qurumun araşdırma komissiyası hazırda klubun maliyyə sənədlərini yoxlayır. Avropa mətbuatı araşdırmaların sonunda "Mançester Siti"nin avrokuboklardan kənarlaşdırıla biləcəyini yazıb.
İngiltərə klubu isə iddiaları təkzib edir: "UEFA-nın maliyyə məsələləri ilə bağlı ittişamları yalnışdı. Klubun maliyyə hesabatları tamamilə qaydasındadı".