İngiltərə "Mançester Siti"sinin rəhbərliyi Çin klubunu satın alıb.

Offsideplus.az "Sky Sports"a istinadən xəbər verir ki, "şəhərlilər" Çinin üçüncü liqasında çıxış edən "Siçuan" komandasını "City Football Group" korporasiyasına daxil edib.

Qeyd edək ki, hazırda "Mançester Siti" ilə əlaqələri olan klublar siyahısında ABŞ-ın "Nyu-York Siti", Avstraliyanın "Melburn", Uruqvayın "Torke", İspaniyanın "Jirona", Yaponiyanın "Yokohama" və "Marinos" klubları da var. "Mançester Siti"nin sahibi şeyx Mansur kimi tanınan Mansur ibn Zayd əl-Nahayyandır.