"Mançester Siti" ciddi sanksiya ilə üzləşə bilər.
Offsideplus.az xəbər verir ki, bunu UEFA-nın klubların maliyyə nəzarəti üzrə baş müstəntiqi İv Leterm deyib.
O bildirib ki, "Mançester Siti"nin sponsorluq anlaşmalarında saxtakarlığa yol verildiyinə dair iddia var. Leterm məsələ ilə bağlı araşdırma apardıqlarını söyləyib: "Əgər bu məlumat təsdiqini tapsa, klub ciddi sanksiya ilə üzləşəcək. Hətta UEFA-nın turnirlərindən kənarlaşdırıla da bilər".
Qeyd edək ki, bənzər araşdırma PSJ ilə bağlı da aparılır.