“Liverpul”un müdafiəçisi Alberto Moreno klubdan ayrılmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, bu barədə 26 yaşlı müdafiəçi İspaniya mətbuatına açıqlamasında bildirib. O, oyun praktikasının az olduğuna görə komandadan getmək istədiyini deyib:

“Düzünü desəm, özümü yaxşı hiss etmirəm. Bu komanda üçün hər şeyimi vermişəm. Düşünürəm ki, zədədən qayıtdıqdan sonra da forma qazanmaq şansına layiq idim.

Bu vəziyyət normaldır, komandada futbolçu sayı çoxdur. Ancaq Yurgen Klopp mənə qarşı başqa cür idi, sanki məni xoşlamır.

İspaniyaya qayıtmaq haqda düşünürəm, buranın soyuqluğundan yorulmuşam. Başqa klubların marağının olduğunu bilmirəm. Beş ildir ki, burdayam. "Liverpul"dan mənimlə yeni müqavilə haqda danışmayıblar”.

Alberto Moreno 2014-cü ildə 18 milyon avro qarşılığında “Sevilya”dan transfer edilib. 26 yaşlı sol cinah müdafiəçisi cari mövsümdə 4 qarşılaşmada forma geyinib.