Roy Kin Joze Mourinyonun “Mançester Yunayted”dən istefaya göndərilməsi haqqında fikirlərini bölüşüb.

“Qırmızı şeytanlar”ın əfsanəsi bu hadisədə klubun oyunçularını təqsirləndirib.

“Mançester Yunayted”in oyunçları özlərində məsuliyyət his etmirlər. Onlarla işləmək çox çətindi. Artıq çəkiləri var, yaxşı məşq eləmirlər. Utanmalıdırlar. Məni Jozenin qatı tərəfdarı saymaq olmaz, amma gərək həqiqəti deyəsən. Futbolçular sanki qətldə əli olan insanlar kimidi. Onlar Mourinyonu avtobusun altına atdılar”.

Qeyd edək ki, 2016-cı ilin yayından komandaya rəhbərlik edən Mourinyo bu vaxt ərzində üç titul qazanmışdı. (matc.az)