"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan Pyer-Emerik Obameyanqın "Arsenal"a transferi haqda danışıb.
Offsideplus.az xəbər verir ki o, "sportwitness" nəşrinə açıqlama verib.
"Borussiya"nın sabiq futbolçusu Obameyanqın klubdan gedişini müsbət qiymətləndirir. O düşünür ki, qabonlu futbolçunun Dortmunddan ayrılmasına bütün komanda sevinir. Gündoğan əlavə edib ki, Obameyanqın gedişi ilə "Borussiya"nın daxilində yenidən sakitlik olacaq:
"Düşünürəm ki, Obameyanqın getməsi hamını razı salıb. Doğrudur, "Borussiya" güclü hücumçunu itirdi, amma qabonlu komandada olanda daxili konfliktlər olurdu. Onun gedişindən sonra yəqin ki, sakitçilik olar"