“Çelsi”nin futbolçusu Eden Hazard Premyer Liqanın 16-cı turunda “Mançester Siti”ylə qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.

Offsideplus.az  xəbər verir ki, belçikalı futbolçu “Sky Sports”a açıqlamasında komandalar arasındakı fərqlərdən danışıb:

“Mançester Siti" öz oyununu oynamağa çalışacaq. Matçlarda bizim də çoxlu qol imkanlarımız olur, ancaq biz futbolçuların fərdi bacarıqlarını üstün tuturuq. Amma MS-də elə deyil. Onlarda hər şey komanda oyununa bağlıdır. Onlar daha çox gəzir, lazım olan boş mövqeləri tapırlar. Çoxlu hücumlar təşkil edərək, çoxlu da qollar vururlar. Lakin bu həqiqətdir ki, onların Eden Hazardı yoxdur. Əsas fərq mənəm”.

"Çelsi" - "Mançester Siti" matçı sabah, saat 21:30-da start götürəcək.