"Mançester Siti" klubunun belçikalı futbolçusu Kevin De Brüyne zədədən sonra bərpa olunmağa davam edir.
Offsideplus.az xəbər verir ki, İngiltərə klubu belçikalı yarımmüdafiəçinin yaşıl meydanlara qayıdışını tezləşdirməyi lüzum bilmir. Bu səbəbdən onun Premyer Liqada "Bornmut","Uotford" və "Çelsi" ilə oyunları buraxacağı bildirilib. Beləliklə, De Brüyne daha iki həftə oynamayacaq.
Qeyd edək, De Brüyne İngiltərə Liqa kubokunda noyabrın 1-i keçirilən "Fulhem"lə görüşdə zədə alıb.