"Vest Hem"in prezidenti David Saliman istefa verib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
77 yaşlı iş adamı qərarını dərhal qüvvəyə minəcək şəkildə açıqlayıb. O, bunun şəxsi həyatına dair mətbuatda yayılacağı iddia olunan köhnə ittihamlarla bağlı olduğunu bildirib və həmin iddiaları rədd edib.
Xatırladaq ki, London təmsilçisi uzun illərdən sonra Premyer Liqanı tərk edərək çempionşipə yuvarlaqlanıb.


