"Liverpul"un sabiq müdafiəçisi Ceymi Karrager "Mançester Siti"dən ayrılan Pep Qvardiolanı "Mançester Yunayted"in əfsanəvi sabiq baş məşqçisi Ser Aleks Ferqyusonla müqayisə edib və ispan mütəxəssisin daha üstün olduğunu bildirib.

Offsideplus.az xarici mediaya istinadən Karragerin fikirlərini təqdim edir:

"Ferqyusonu Qvardioladan üstün tutanlara təəccüblənirəm. Bu fikrə haqq qazandıracaq tək bir səbəb belə tapa bilmirəm. Unutmaq olmaz ki, bu ikisi ən böyük matçlarda üz-üzə gələndə Qvardiola şəksiz qalib olub. Ferqyusonun "Mançester Yunayted"dəki ən möhtəşəm komandası Çempionlar Liqasının finallarında Qvardiolanın "Barselona"sına iki dəfə (2009-cu ildə 0:2, 2011-ci ildə 1:3) rəsmən boyun əyib.

Bəli, Ferqyuson "Old Trafford"da 26 ilə 38 trofey qazanıb, Amma Pepin "şəhərlilər"dəki 10 illik qələbə faizi daha yüksəkdir. Biz böyüklüyü yalnız bir klubda uzun müddət qalmaqla ölçürük? 55 yaşlı Qvardiola artıq Avropanın üç böyük liqasında çempionluqlar yaşayıb. Əgər o da Ferqyuson kimi 71 yaşına qədər işləmək enerjisinə sahib olsa, bu temp lə daha çox titul qazanacaq.

Ən əsası isə onun qoyduğu irsdir. Heç bir məşqçi bu qədər təqlidçiyə ilham verməyib. Qvardiola məşqçilik kitabını yenidən yazdı və futbol lüğətini dəyişdi".