“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays klubun "Volves" ilə görüşdə xal itirməsindən danışıb.
Offsideplus.az xəbər verir ki, Deklan bildirib ki, Wolves ilə bərabərlikdən sonra komandada ciddi komanda görüşü təşkil edilib.
Raysin sözlərinə görə:
“Qələbəni qazanmaq üçün getməliyik, bunu haqq etməliyik və qarşımıza çıxacaq hər şeyə hazır olmalıyıq. "Volves" qarşılaşmasından sonra bir-birimizlə ciddi danışdıq, yaxşı vəziyyətdə olmağımıza baxmayaraq, həm özümüzü, həm də azarkeşləri məyus etdiyimizi bildik. Bu mövsüm qoyduğumuz standartlar belə səhvlərə imkan vermir. Komanda görüşü keçirdik və yenidən hazırıq.”


