Norveçli yarımmüdafiəçi Martin Ödeqard yay transfer pəncərəsində “Arsenal”dan ayrılmaq ehtimalını nəzərdən keçirir.

Offsideplus.az xəbər verir ki, futbolçu agentindən “Mançester Yunayted” ilə danışıqlara başlamağı istəyib.

Ödeqard “Arsenal”da özünü lazımi qədər qiymətləndirilmədiyini düşünür və Mikel Arteta ilə aralarında gərginlik olduğu bildirilir. Bu səbəbdən o, klubu tərk etməyə hazırdır.

“Bayern” futbolçu ilə maraqlansa da, Ödeqardın prioriteti Premyer Liqada qalmaqdır və hazırda “Mançester Yunayted” onun üçün Bundesliqaya keçiddən daha üstün variant sayılır.