“Arsenal” rəhbərliyi baş məşqçi Mikel Artetaya onun klubdakı gələcəyinin bu mövsüm Premyer Liqa titul yarışından asılı olduğunu açıq şəkildə bildirib.
Offsideplus.az xəbər verir ki, “topçular” çempionluq uğrunda mübarizədə uğursuz olacağı təqdirdə, Artetanın növbəti mövsüm komandada qalması ehtimalı çox aşağıdır. Klub rəhbərliyi mövsümün həlledici mərhələsinə daxil olunduğu bir vaxtda məşqçiyə ciddi mesaj göndərib.
Bu qərar “Arsenal”ın yüksək ambisiyalarını və titul qazanmaq tələbinin prioritet olduğunu bir daha göstərir.



