“Barselona”nın futbolçusu Jül Kunde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Offsideplus.az “Daily Mail”ə istinadən xəbər verir ki, “Liverpul” müdafiəçinin xidmətində maraqlıdır.

İngiltərə təmsilçisi 27 yaşlı futbolçu üçün təxminən 80 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Kundenin “Barselona” ilə müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir. Bu mövsüm Kataloniya təmsilçisinin heyətində bütün yarışlarda 35 oyunda iştirak edən fransız futbolçu üç qol vurub, iki məhsuldar ötürmə ilə yadda qalıb.