“Arsenal”in 26 yaşlı hücumçusu Kay Haverts əzələ zədəsi alıb.

Offsideplus.az xəbər verir ki, onun ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Almaniya millisinin üzvü olan futbolçu “Brentford” və “Tottenhem”ə qarşı keçiriləcək oyunları buraxacaq. Klubda zədənin ciddi olmadığı və Havertsin yaxın həftələrdə komandaya qayıdacağına ümid edildiyi bildirilir.