"Benfika" klubunun futbolçusu Haris Seferoviç karyerasını "Qalatasaray"da davam etdirəcək.
Offsideplus.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, İsveçrə millisinin hücumçusu növbəti mövsümü icarə əsasında İstanbul təmsilçisində keçirəcək.
Qeyd edək ki, 30 yaşlı futbolçu Lissabon klubuna 2017-ci ildə "Ayntraxt"dan (Frankfurt) transfer olunmuşdu. O, geridə qalan mövsüm komandanın heyətində bütün turnirlərdə 15 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.