"Benfika" klubunun yeni baş məşqçisi məlum olub.

Offsideplus.az xəbər verir ki, bu vəzifəyə Rocer Şmidt təyin olunub. Alman mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Şmidtin son iş yeri 2021/22 mövsümündə Niderland çempionatının gümüş medalını qazandığı PSV olub.