Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Tondela” Portuqaliya çempionatında 30-cu tur oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, komanda "Moreyrense"nin qonağı olub və 0:2 hesabı ilə yenilib. Renat Dadaşov sözügedən görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 61-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, “Tondela” hazırda 25 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.