Azərbaycan millisinin üzvü  Renat Dadaşovun çıxış etdiyi "Tondela" Portuqaliya çempionatında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda 25-ci turda "evdə" "Belenenseş"lə üz-üzə  gəlib. Oyun heç-heçə yekunlaşıb - 1:1.

Dadaşov bu oyunun 64-cü dəqiqəsində meydana daxil olub.