Portuqaliya çempionatında 24-cü turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Komanda “Famalikan” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Renat Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Tondela” 24 turdan sonra 20 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.