Portuqaliya çempionatında 22-ci turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti görüşünə çıxıb.
Komanda səfərdə “Eştoril”lə qarşılaşıb. Dadaşovun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Həmyerlimiz də bu matçın iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, “Tondela” 22 turdan sonra 21 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.