Futbol üzrə Portuqaliya çempionatında 8-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, yığma komandamızın üzvü Renat Dadaşovun çıxış etdiyi "Tondela" səfərdə "Belenenses"lə qarşılaşıb.

Görüş "Tondela"nın qələbəsi ilə başa çatıb - 2:0. Strat heyətdə meydana çıxan Dadaşov 76-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Tondela" 9 xalla 7-cu pillədə qərarlaşıb.