Portuqaliya çempionatında 4-cü turun görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, həmyerlimiz Renat Dadaşovun fşərəfini qoruduğu “Tondela” da növbəti matçına çıxıb.
Komanda səfərdə “Benfika” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Azərbaycanlı hücumçu Renat Dadaşov da bu görüşün iştirakçısı olub. O, 77-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, “Tondela” 4 turdan sonra 3 xalla 14-cü pillədədir.