Bu gün Portuqaliya Premyer Liqasının ilk turu çərçivəsində milli komandamızın forvardı Renat Dadaşovun çıxış etdiyi "Tondela" öz meydanında "Santa Klara"nı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu meydana matçın 88-ci dəqiqəsində daxil olub.

Qeyd edək ki, Renat Dadaşov "Tondela"ya mövsümün əvvəlində İngiltərənin "Vulverhempton" klubundan keçib.