Portuqaliyanın "Tondela" klubu Renat Dadaşovu heyətinə qatıb.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 22 yaşlı forvardı "Vulverhempton"dan 1 illik icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Azərbaycan millisinin üzvü yeni komandasında debüt etməyə səbrsizləndiyini açıqlayıb: "Yeni klubumda debüt edəcəyim gün üçün səbrsizlənirəm. Karyeramda atdığım bu addımdan məmnunam. Dostlarım və ailəmlə danışdım, bu imkan barədə eşidən kimi bunun mənim üçün ideal olduğunun fərqinə vardım".
Qeyd edək ki, bu gün tibbi müayinədən keçən Dadaşov, sabahdan etibarən yeni komanda yoldaşları ilə məşqlərə başlayacaq.