"Yuventus" klubu İtaliya A seriyasından kənarlaşdırıla bilər.
Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi Avropa Superliqasından imtina etməsə, ölkə çempionatından xaric edilə bilər.
Bu barədə ölkənin futbol federasiyasının prezidenti Qabriele Qravina məlumat verib.
Qeyd edək ki, "Real", "Barselona" və "Yuventus" Superliqadan ayrılmayıb.