Portuqaliya Premyer Liqasında maraqlı hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, "Braqa" - "Porto" matçında (1:1) ev sahiblərinin müdafiəçisi David Karmo xəsarət alıb. Zədəli futbolçu üçün meydançaya ambulans çağırsalar da, maşın ilişib qalıb. Tibb maşınını hərəkətə keçirmək üçün məsələyə futbolçular yardım əli uzadıb. Ambulans futbolçuların itələməsi ilə meydançanı tərk etməyi bacarıb.
Həmin maraqlı görüntüləri təqdim edirik: