Koronavirus pandemiyası səbəbindən təxirə salınan Portuqaliya liqasının bərpasına qərar verilib.
Offsideplus.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası rəsmi saytı vasitəsi ilə çempionatın iyunun 4-ü yenidən başlayacağını açıqlayıb.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 60 xalla “Portu” başçılıq edir. “Benfika” 59 xalla 2-ci, “Braqa” 46 xalla 3-cüdür.