Portuqaliya çempionatında 13-cü turun görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Pasuş de Ferreyra” doğma meydanda “Setubal”la qarşılaşıb. Görüş qonaqarın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, Dadaşovun komandası hazırda 8 xalla 18 kollektiv arasında 17-cidir.