Portuqaliya Sequndasında 27-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, U-21 millimizin üzvü Renat Dadaşovun formasını geyindiyi "Eştoril” evdə “Benfika”nın əvəzedici komandası ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

Dadaşov oyunun 29-cu dəqiqəsində meydana daxil olub.

“Eştoril” Sequndanın turnir cədvəlində 45 xalla 4-cüdür.