"Qarabağ"ın yığmaya dəvət alan futbolçularından birinin Ovusu Kvabena olacağı gözlənilirdi.
Son vaxtlar ağdamlıların heyətində inamlı oyunu ilə diqqətləri üzərinə çəkən qanalı futbolçu, məntiqlə, indi vətəni Qanada olmalıydı. Qanalılar yaranmış fasilə ilə əlaqədar Mali və Qətərlə yoldaşlıq oyunları keçirəcək ki, Çarlz Akonnor "Qarabağ"lını sərəncamında görmək istəməyib.
Offsideplus.az "Hot 93.9" radiosuna istinadən xəbər verir ki, Ovusu həmkarımızla söhbətdə baş məşqçinin bu cür qərarını gözləmədiyini deyib: "Yəqin, mənim çıxışım baş məşqçinin qarşıdakı matçlar üçün tələb etdiyi səviyyədə deyil. Amma həqiqətən təklif gözləyirdim. Çünki Cənubi Afrika Respublikası ilə görüş zamanı Akonnorla bu barədə söhbətimiz olmuşdu".