"Neftçi" klubunun qvineyalı legioneri Mamadu Kane Offsideplus.az-a müsahibə verib.
23 yaşlı yarımmüdafiəçi karyerası barədə danışıb və "Neftçi" haqda təəssüratlarını bölüşüb.
- Futbol karyeranıza necə başladınız?
- Bu, Qvineyada başladı. Hər bir uşaq kimi mən də küçələrdə futbol oynayırdım. Daha sonra sınaq üçün getdiyim bir komandaya seçildim.
- Milli komandada oynamaq şansını necə qazandınız?
- Milli komanda üçün iki kateqoriyada oynamaq şansım oldu. Gənclərdən ibarət yığma komanda və U23. Gözəl bir təcrübə idi və mənim üçün çox yaxşı keçdi. Gənclərdən ibarət komanda ilə Dünya Kubokuna və Afrika Millətlər Kubokuna getdim və U23 ilə Dünya Kubokunun seçmə oyunlarında çıxış etdim.
- Bəs hansı məqamda peşəkar futbolçu olmağa qərar verdiniz?
- Peşəkar olmaq hər bir gənc futbolçunun arzusudur. Gənc olduğum üçün peşəkar bir futbolçu olmaq mənim də arzum idi. Bu təbii ki, asan deyildi, ancaq addım-addım məqsədimə doğru irəlilədim. Əgər, özünüzə inanırsınızsa, o zaman hər şey mümkündür. Küçələrdə oynayırdım, təcrübəm və inamım var idi və peşəkar futbolçu olacağıma inanırdım. Qvineyada ilk müqaviləmi imzaladım və nə etməli olduğumu başa düşürdüm. Bunun həm də, ailəmi dolandırmaq üçün nə qədər ciddi bir məsələ olduğunu anlayırdım.
- "Neftçi" sizi necə kəşf etdi? Bu barədə danışardınız...
- Düşünürəm ki, bu Afrika Kuboku və Dünya Kuboku zamanı baş verdi. Yarışlardan sonra evə qayıtmışdım və mənə "Neftçi"yə qoşulmaq üçün zəng edildi. Ardınca "Neftçi" məni işə götürdü. Bu klubun bir hissəsi olduğum üçün xoşbəxtəm və qürur duyuram. "Neftçi" kimi bir klubun üzvü olmaq mənim arzum idi. "Neftçi" də yaxşı təcrübəm qazandım çünki bu klub mənə çox şey verdi. Məni bir ailə kimi qarşıladılar. Buna görə, kluba çox şey borcluyam. Əlbəttə, gəldiyim ilk zamanlar asan olmadı, amma klubun mənə göstərdiyi sevgi ilə tezliklə komandama uyğunlaşdım.
- Azərbaycanın mətbəxinə, iqliminə uyğunlaşmanız necə oldu?
- Hava və yemək pis deyil. Çox yaxşı uyğunlaşmışam. Doğma yeməklərim üçün darıxıram. Hər il tətilə gedirəm və ənənəvi yeməklərimi yeyirəm. Bundan sonra isə qayıdıb öz işimi görməliyəm. Digər qidalara da uyğunlaşdım və normaldır.
- Növbəti mövsüm üçün hədəfiniz nədir?
- Əsas məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdır. Bu mövsüm Avropa Liqasında oynamağa ümid edirik. İnanıram ki, ruh yüksəkliyi və gərgin çalışmaqla buna nail ola bilərik.
- Azarkeşlər səni çox sevirlər. Onların rəğbətini necə qazandın?
- Bu klub mənə çox şey verdi və mənə bu qədər sevgi göstərdi. Sözlə izah edə bilmirəm. Rəhbərlik, komanda və azarkeşlər məni sevir və bu bir ailəyə tablosuna bənzəyir. Fürsətdən istifadə edərək təşəkkür edirəm demək istəyirəm və bu klubda olmaqdan qürur duyuram. Bu sevgini qaytarmaq üçün meydanda bir iş görməliyəm. Ümid edirəm ki, klubla layiq olduğumuz kuboku qazanarıq.
- Ötən mövsüm "Neftçi" çempion ola bilməsə də, çıxışınızı necə qiymətləndirirsiniz?
- "Qarabağ" yenə çempion oldu, "Neftçi" isə ikinci. Növbəti mövsümdə hər şey mümkündür və çempionluq qazanmağımıza əmin olmaq bizim borcumuzdur. Buna nail olmaq üçün çox çalışmalıyıq. Ötən mövsüm yaxşı çıxış etdim, çempionatda ikinci olduq və bu mənim üçün müsbət haldır.