Futbol tarixinin ən qanlı hadisələrindən biri olan “Hillsboro faciəsi”dən 31 il keçir.

Offsideplus.az xəbər verir ki, faciə 1989-cu ilin 15 aprelində İngiltərənin Şeffild şəhərindəki “Hillsboro” stadionunda yaşanıb.

“Liverpul”la “Notthingem Forest” arasında keçirilən İngiltərə Federasiya Kubokunun yarımfinal matçı başlayandan sonra stadiona girə bilməyən 4 minə yaxın “Liverpul” fanatı qapıya hücum edib. Olayların böyüdüyünü görən polis müdaxilə edib və insanların əzilməsinin qarşısını almaq üçün turniketi olmayan girişləri də açıb. Nəticədə öncədən stadiona girən fanatlardan bəziləri sıxlıq səbəbindən eyvanlardan yerə düşüb, alt hissədə olanlar isə sıxılaraq boğulub.

Police who smeared victims in wake of Hillsborough disaster could ...

Bütün bunlar baş verərkən arxadan gələnlər olaydan xəbərsiz olub və matç davam edib. Ölüm təhlükəsi ilə üzləşən bəzi fanatlar dəmir barmaqlıqların üzərinə çıxmağa çalışıb, bəziləri isə kiçik aralardan meydana çıxmağa başlayıb. Bu zaman hakim hadisələrdən xəbər tutaraq oyunu dayandırıb. Hadisə nəticəsində 94 nəfər ölüb, 766 nəfər yaralanıb.

Xəstəxanaya aparılan fanatlardan biri orda dünyasını dəyişdiyindən say 95-ə çatıb. Bir nəfər isə 4 il komada qaldıqdan sonra vəfat edib.

Hillsborough Disaster: Charges and History of Soccer Tragedy | Time

Hökumətin apardığı istintaqa rəhbərlik edən prokuror 31 gündən sonra medianın qarşısına 2 hesabatla çıxır.

  •  Fəlakətin ən böyük günahkarı polis göstərilib. Asayiş keşikçiləri vəzifələrini düzgün yerinə yetirməyərək, turniketi olmayan girişləri açıb, içəri girən azarkeşləri boş yerlərə yönləndirməyib və səhlənkarlıq edib.
  • Bir daha belə hadisələrin təkrarlanmaması üçün stadionlarda dəyişiklik edilməsi ilə bağlı olub. Həmin hesabata əsasən İngiltərədə meydanla tribunaları arasındakı tel baryerlər qaldırılıb. 

{gallery preview_height=400 open_graph=0}2020-04-15/hillssbro{/gallery}