OFFSİDE millimizin baş məşqçiləri haqqında silsilə yazılara start verir. İlk məqalədə millimizi indiyədək çalışdıran mütəxəssislər, onların rəhbərliyi altında qazanılan nəticələrlə bağlı statistik məlumatlar öz əksini tapacaq.   

Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik əldə etdikdən sonra digər sahələrdə olduğu kimi futbol industriyası da yeni tarixi mərhələyə qədəm qoyur. 1992-ci il 3 aprel tarixində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) təsis olunur və  Fuad Musayev qurumun ilk prezidenti seçilir. AFFA və Gürcüstan tərəfi arasında əldə olunan razılığa görə Azərbaycan millisi debüt matçına Qurcaanidə çıxır. Nazim Süleymanov millinin tarixində ilk qolunu 42-ci dəqiqədə vursa da, komandamız meydanı 3-6 hesablı məğlubiyyətlə tərk edir.

 

28 ildə 5 əcnəbi,  16 yerli mütəxəssis

Azərbaycan millisi müxtəlif vaxtlarda 21 dəfə məşqçi dəyişdirib. Milli komandamız 28 il ərzində 5 əcnəbi,  16 dəfə yerli mütəxəssisə həvalə edilib.  Yığmanın ilk baş məşqçisi bir vaxtlar SSRİ yığmasının şərəfini qoruyan Ələkbər Məmmədov olub. 

BAS MESQCİLER 1

* - Kazbek Tuayev müvəqqəti olaraq 1994-cü ildə 1, 2002-ci ildə 3, Vaqif Sadıqov 2005-ci ildə 4 oyunda millinin sükanı arxasında olub.

6 müvəqqəti məşqçi – 0 qələbə

Azərbaycan yığmasını çalışdıran mütəxəssislərdən 6-sı yığmanı müvəqqəti məşqçi kimi oyunlara çıxarıb. Ağasəlim Mircavadov, Kazbek Tuayev, Əsgər Abdullayev, Vaqif Sadıqov, Gyoko Haciyevski, Nazim Süleymanov  və Mahmud Qurbanovun qısa müddətli rəhbərliyi altında baş tutan 17 oyunda yığmamız qələbə qazanmayıb – 4 heç-heçə, 13 məğlubiyyət...

Komandanı müvəqqəti oyunlara çıxaran Əsgər Abdullayev, Nazim Süleymanov və Mahmud Qurbanov bu missiyanı köməkçi məşqçi kimi icra edib.

Millini müvəqqəti çalışdıran məşqçilər

“Mənfiyə” düşməyən 2 keçmiş hücumçu

Milli komandada yalnız 2 baş məşqçi - Ələkbər Məmmədov və Qurban Qurbanov mənfi top fərqinə malik deyil. Qurban Qurbanov hələlik millinin tarixində yeganə müsbət top fərqinə malik mütəxəssisdir. Onların hər ikisi kifayət qədər uğurlu futbolçu keçmişinə də malikdir. Ə.Məmmədov SSRİ, Q.Qurbanov isə Azərbaycan millisinin hücumçusu kimi oyunlara çıxıb.

Azərbaycan millisində çalışmış məşqçilərin qol statistikası

Ən uğurlu baş məşqçilər

Qələbə faizinə əsasən, millinin tarixində ən yaxşı göstərici Ələkbər Məmmədova məxsusdur. Qurban Qurbanov sələfini qələbə sayına görə qabaqlasa da, effektivlik baxımından ondan geri qalır. İlk “3-lüy”ü Robert Prosineçki qapayır. Xorvatiyalı mütəxəsis millidə çalışdığı 3 il ərzində 6 qələbə qazanıb.

Millinin tarixində ən uğursuz baş məşqçi Ağasəlim Mircavadovdur. Təcrübəli mütəxəsisin rəhbərliyi altında 1994-95-ci illərdə 9 oyuna çıxan komanda bu oyunların hamısında məğlub olub. 9 oyunda 29 qol buraxan milli 2 dəfə fərqlənib. Yığmanın ən böyükhesablı məğlubiyyəti kimi tarixə düşən Fransa - Azərbaycan qarşılaşması (10-0) da A. Mircavadovun dövrünə təsadüf edir.

Kazbek Tuayev müvəqqəti çalışdırıcı kimi millidə qələbəyə (3 oyun - 3 məğlubiyyət) həsrət qalsa da, baş məşqçi kimi çıxdığı 11 oyunda 3 dəfə qalibiyyət sevinci yaşayıb. Azərbaycan yığması beynəlxalq oyunlardakı ilk qələbəsini də məhz onun rəhbərliyi altında qazanıb - Azərbaycan 1-0 İsveçrə (31.08.1996).

45

Ən “uzunömürlü” – Berti Foqts

Millini ən çox oyuna çıxaran baş məşqçi Bert Foqtsdur - 71 oyun. Almaniyalı çalışdırıcı, həm də ən uzun müddət bu postda çalışan mütəxəssisdir: 2008-2014-cü illər. İlk “3-lük”də Robert Prosineçki (2014-2017), Vaqif Sadıqov (1997-1999, 2002) da var.

V.Sadıqov yerli məşqçilər arasında millidə ən uzun zaman çalışan mütəxəsisidir. O, 3 rəhbərliyi dövründə toplam 2 il 8 ay iş başında olub. Ş.Diniyevdə bu göstərici 1 il 7 ay, İ.Ponomaryov və Ə.Abdullayevdə 1 il 3 aydır.

Mİllİnİ ən çox oyuna çıxaran məşqçİlər

Baş məşqçi kimi millini ən az oyuna çıxaran mütəxəsislər  Ələkbər Məmmədov (5), Ağasəlim Mircavadov (9), Əhməd Ələsgərov (9), Əsgər Abdullayev (9), Nikola Yurçeviçdir (10).

Millimizin qurbanları  - “cırtdan ölkələr”

Milli komandamızın tarixi ərzində ən böyükhesablı qələbələri Lixtenşteyn və San-Marino üzərində qazanılıb. 2000-ci Avropa çempionatının seçmə qrup mərhələsində Əhməd Ələsgərovun kollektivi Lixtenşteyni 4 cavabsız qolla məğlub edib. Maraqlıdır ki, tərəflərin Vadutsda baş tutan ilk qarşılaşmasında meydan sahibləri millimiz üzərində 2:1 hesablı qələbə qazanıb. Bu, Lixtenşteynin seçmə mərhələlər tarixində ilk qalibiyyəti olub.

Azərbaycan yığmasının təsnifat mərhələlərində 4 və daha artıq qolunu görmək üçün 18 il gözləmək lazım gəlib. 2018-ci il dünya çempionatının seçmə mərhələsinə Robert Prosineçkinin rəhbərliyi altında hazırlaşan millimiz bu dəfə Bakıda San-Marinonun qapısından 5 qol keçirib. Qonaqların 74-cü dəqiqədə vurduğu qol isə R.Prosineçkini millimizə ən böyükhesablı qələbə qazandıran yeganə məşqçi statusundan məhrum etmişdi.

Ən böyükhesablı qələbələr qazanan məşqçİlər 1

“Oser faciəsindən” Osiyek  darmadağınına qədər

Millinin tarixində qarşılaşdığı ən güclü rəqiblərdən biri, şübhəsiz, Fransadır. Azərbaycanın ağır günlər yaşadığı bir zamanda komandamızın inkişafda olan Fransa futbolunun ulduzlarına qarşı müqavimət göstərə bilməyəcəyi əvvəldən məlum idi. Ağasəlim Mircavadovun 1995-ci ilin sentyabrında meydana çıxardığı heyət rəqibdən cavabsız 10 top buraxdı və mütləq antirekord müəyyənləşdirdi.

Növbəti böyükhesablı məğlubiyyət braziliyalı məşqçi Karlos Alberto Torresin passivindədir. 2005-ci ildə Polşanın öz meydanında qəbul etdiyi millimizi 8-0 hesablı məğlubiyyətlə yola salmışdı.

MİllİmİZİn ən böyük hesablı məğlubİyyətlərİndə baş məşçİlər

Ən uğurlu baş məşqçi

3

Qələbəsiz qalan baş məşqçi

1

Müsbət top fərqinə malik baş məşqçi

5

Oyun sayına görə rekordçu

2

İlk əcnəbi baş məşqçi

4

Ən gənc baş məşqçi

6

 

 

OFFSİDE+