“Sabah”ın Çempionlar Liqasındakı oyunlarından gözləntilər haqda klub prezidenti Maqud Adıgözəlov Offsideplus.az-a açıqlama verib:
“ÇL-də kimlərin qarşısına çıxacağımızı biz də, azarkeşlər də bilir. “Barselona”nı, “Borussiya”nı udacağımızı desək, (gülür) absurd səslənə bilər. Həmişə demişəm ki, bu turnirə vuruşmağa gəlmişik, uduzmağa yox. Hər oyunda qələbə istəyirik. “Mançester Yunayted”lə oyun göstərdi ki, biz müdafiəyə oturub, “avtobus” qurmayacağıq. Necə futbol oynayırıqsa, hər oyunda elə olacaq. “Barselona” ilə də oyuna, “Kəpəz”, “Neftçi” ilə də matça qələbə üçün çıxacağıq”.
Funksioner azarkeşlərə çağırış edib:
“Oyunlara gəlin, baxın, sevinin. Bu futbol bayramıdır. Belə komandaları Azərbaycanda görmək fantastikadır. Uşaqlıqda mənə desəydilər ki, “Barselona”nı Bakıda izləyə bilərəm… Bu fantastik bir şeydir. Azarkeşləri stadiona çağırıram. Bütün oyunların tarixi bilinir. Tək futbol yox, nəticəyə görə də sevinməyinizə çalışacağıq”.


