Daha bir futbol ulduzu karyerasını başa vurmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı fransalı hücumçu Olivye Jiru cari mövsümün onun futbolçu kimi sonuncusu ola biləcəyini açıqlayıb.
"Bir oyunçu olaraq, düşünürəm ki, bu, çox güman ki, mənim son mövsümümdür. Məhz buna görə də hər anından həzz alıram."
Zəngin karyerası ərzində 943 oyunda meydana çıxan təcrübəli forvard 13 kuboq qazanıb və 480 qol töhfəsi (qol və məhsuldar ötürmə) ilə yadda qalıb.


