“Neftçi”nin yarımmüdafiəçisi Freddi Varqas komandadan ayrıla bilər. 

Offsideplus.az xəbər verir ki, icarə əsasında “ağ-qaralar”ın formasını geyinən Freddinin paytaxt təmsilçisi ilə müqavilə bağlaması sual işarəsidir.

Bəs hazırki durum nə yerdədir? Bunu öyrənmək üçün “Neftçi”nin mətbuat katibi Asəf Zeynallı ilə əlaqə saxladıq:

“Satınalma hüququ ilə 1 illik icarəyə götürülmüşdü. Məsələ ilə bağlı hələlik hər hansı bir yenilik yoxdur”.

Qeyd edək ki, Venesuelalı futbolçu cari mövsümdə 32 oyuna çıxıb, 5 qol 8 məhsuldar ötürmə ilə yadda qalıb.