“Barselona” klubunun “Kamp Nou” stadionunun yenidənqurulması layihəsində ciddi maliyyə böhranı yaranıb.

Offsideplus.az xəbər verir ki, stadionun tikinti işlərini tamamlamaq üçün ayrılan 1,45 milyard avroluq nəhəng kredit fondu artıq kifayət etmir.

Klubun prezidenti Joan Laporta layihənin yarımçıq qalmaması üçün indi ya tamamilə yeni kredit götürməli, ya da mövcud kredit xəttinin həcmini artırmalıdır. Əks halda, stadionun inşasını başa çatdırmaq mümkün olmayacaq.

“Qoldman Saks” investisiya bankından alınan 1,45 milyard avroluq vəsaitin yetərli olmadığını görən rəhbərlik artıq hərəkətə keçib. Joan Laporta iyul ayında və ya növbəti mövsümün əvvəlində klub üzvlərindən stadionun tikintisinin yekunlaşdırılması üçün kreditin artırılmasına rəsmi razılıq vermələrini istəyəcək.